Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

Azərbaycan Prezident İlham Əliyevin Rusiyaya səfərini müsbət qiymətləndirir –

User 23 Aprel 2024 - 14:32 (Last updated: 21 May 2025 - 20:15)
hikmet h

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub. Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səfərin nəticələrinin qiymətləndirilməsi ilə bağlı APA-nın sualını cavablandırıb.

– Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri oldu. Səfərin nəticələrini necə qiymətləndirirsiniz?

– Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir. Qeyd edim ki, səfər Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhunda keçdi. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib.

Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.

Həmçinin, hər iki ölkənin lideri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar da müzakirə edildi. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.

Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir oldu. Səmimi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qaldırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb. Ulu Öndərlə birlikdə çalışmış veteranlar onunla bağlı öz xoş xatirələrini bölüşdülər.

Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti müsbət töhfə oldu.

Post navigation

Previous: ABŞ Rusiyaya dəstək verən Çin banklarına sanksiyalar hazırlayıb
Next: Prezident ADA Universitetində beynəlxalq forumunda iştirak edir

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.