Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə artıb- PREZİDENT

Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə – 100 milyon dollaradək artıb.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarov ilə mətbuata bəyanatında bildirib.

“Bu gün, həmçinin Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu haqqında Sazişə əlavə imzalanıb. Biz Nizamnamə fondunu 4 dəfə – 25 milyondan 100 milyon dollaradək artırdıq. Bunun əsas səbəbi müraciətlərin həddən artıq olmasıdır. Bizə Qırğızıstanda investisiya layihələrinin icrası üçün 40-dan çox müraciətin daxil olması barədə məruzə edilib”, – deyən dövlət başçısı əlavə edib ki, 100 milyon da son hədd deyil.

Əvvəlki məqalə

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro ayırıb

Sonrakı məqalə

Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur