“Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır” –Peskovdan açıqlama

“Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır”.

Azpost.info RİA-ya istinadən bildirir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var.

“Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdimizdir. Bizim çoxlu ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam etdirmək və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”-deyə, Peskov  jurnalistlərə “Rusiyanın Azərbaycana böyük marağı nə ilə bağlıdır?”  sualını cavablandırarkən deyib.

Əvvəlki məqalə

Ermənistan Qazaxla sərhəddə minatəmizləmə işlərinə başlayıb

Sonrakı məqalə

Gürcüstandan Azərbaycana qoyun idxalına məhdudiyyət qoyulub