Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Azərbaycan və Ermənistan arasında atəşkəs müvəqqəti sənəddir” –

User 22 Fevral 2023 - 21:58 (Last updated: 21 May 2025 - 20:15)
turk general01

Kapitulyasiya aktının imzalandığı gündən Ermənistanın bütün hərəkətləri Azərbaycanı guya danışıqlarda marağı olmayan, aqressiv ölkə kimi təqdim etməyə, həmçinin Bakıya siyasi təzyiqin zəruri olmasına yönəlib. İrəvan İkinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvo ilə barışmazlıq fəlsəfəsindən çıxış edir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, general-mayor Yücel Karauz Müdafiə Nazirliyinin fevralın 21-dən 22-nə keçən gecə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulmasını şərh edərkən söyləyib.

O bildirib ki, bununla belə, Ermənistan hər hansı qüvvənin – Rusiya, Avropa və ya ABŞ-ın himayəsinə kəskin ehtiyac duyur, onlardan öz maraqlarına uyğun istifadə etməyə çalışır. “Hərçənd Ermənistanın bu cür böyük güclərə “siyasi oyunu”, sadəcə, qeyri-mümkündür. Bu ölkə iqtisadi və hərbi baxımdan məhv olmağın bir addımlığındadır. İkinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələrinin 60-65 faizi iflic olub, məhv edilib və yararsız vəziyyətə düşüb. Əgər Ermənistan destruktiv mövqeyini davam etdirsə və Qərblə oynamağa davam etsə, daxili problemlərin içərisində çabalayan bu ölkə öz hökmünü özü verəcək. Yeni eskalasiyadan sonra o, artır özünə gələ bilməyəcək”, – deyə general vurğulayıb.

Gərginliyin artmasının yeni ciddi mərhələsinin başlaması riskinin həmişə mövcud olduğunu söyləyən Y.Karauz deyib: “Aİ-nin mülki missiyasına baxmayaraq, Azərbaycanın sərhəddəki mövqelərinə atəş açılması barədə bugünkü xəbər bunu bir daha təsdiq edir. Təbii ki, Azərbaycan baş verənlərə seyrçi qala bilməz, həm də atəşkəs haqqında razılaşma da müvəqqəti sənəddir. Hələ ki, onu sülh sazişi ilə əvəz etmək mümkün olmayıb. İrəvan bilməlidir ki, hər kəsin səbrinin sonu var və Bakının səbrini daşırmamalıdır”.

Aİ-nin mülki missiyasının tərkibində fransız jandarmları və alman polislərinin daxil olmasına münasibət bildirən sabiq hərbi attaşesi qeyd edib ki, bu, ədalətsizliyi normal hal kimi təqdim etmək cəhdidir. “Avropa İttifaqının fəallığı 1994-cü ildə yaradılan ATƏT-in Minsk qrupunun çox keçmədən öz səmərəsizliyini göstərməsi fonunda meydana çıxıb, eyni zamanda, Aİ İkinci Qarabağ müharibəsi zamanı öz daxili problemləri – pandemiya və digər məsələlərlə məşğul idi və münaqişəyə arzuolunan təsiri göstərə bilmədi. İndi Avropa missiyasının Bakı ilə İrəvan arasında sülhün olmaması və münaqişə vəziyyətinin davam etməsi bəhanəsi ilə regiona göndərilməsi, həmçinin Aİ-nin “şıltaq uşaq” kimi Ermənistanı qoruması və başını sığallaması faktı (Fransa Prezidenti Emmanuel Makronun Münxen təhlükəsizlik konfransında onun “gələcəkdə də Ermənistanın yanında olacağı və birlikdə hərəkət edəcəyi” barədə sözlərini xatırlayaq), zənnimcə, ədalətsizliyi və qanunsuzluğu normal bir hal kimi qələmə vermək cəhdidir. Böyük Britaniyanın sağlam yanaşmasına rəğmən, missiyanın tərkibinə fransız jandarmlarının və alman polislərinin daxil edilməsi “ayı xidməti”ndən başqa bir şey deyil”, – deyə diplomat qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında bütün məsələlər ikitərəfli qaydada, danışıqlar yolu ilə həll edilməlidir. Əks halda, şərait mürəkkəbləşə bilər.

Y.Karauz sonda deyib: “Azərbaycanla Ermənistan arasında sülh yalnız birbaşa danışıqlar, mövcud fikir ayrılıqlarının həlli yolu ilə təmin edilə bilər. Belə ki, bu prosesə hər hansı digər ölkənin cəlb olunması əlavə çətinliklərə və xaosa gətirib çıxarar. Çünki hər bir ölkənin öz maraqları var”.

Post navigation

Previous: XİN Beynəlxalq Məhkəmənin Laçın yolu ilə bağlı qərarına dair BƏYANAT verdi
Next: Rusiya hökuməti Azərbaycanla bağlı sazişi Dumaya təqdim edib

Oxşar xəbərlər

tofiq zülfüqarov
  • Siyasət

“Ərdoğanın ətrafında Azərbaycana təzyiq yaratmaq istəyənlər var” – Tofiq Zülfüqarov

User 31 Oktyabr 2026 - 10:48
hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
hikmet-h.
  • Siyasət

“Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirdik” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 13:27

xƏBƏR

abs iran danisiq
  • Dünya

ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu

User 31 Oktyabr 2026 - 22:39
ABŞ nümayəndə heyəti İranla birbaşa danışıqlara qoşula bilər. Qətərin “Al-Araby Al-Jadeed” qəzeti Qətər və Pakistanın vasitəçilik səyləri...
Read more about ABŞ İranla birbaşa danışıqlara başlayır? – Dohada ilkin razılaşma əldə olundu
Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55
ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi rubio
  • Dünya

ABŞ İranla bağlı çoxsaylı məsləhətləşmələr aparır – Dövlət katibi

User 31 Oktyabr 2026 - 21:27
İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir? abs iran savas
  • Dünya

İrana qarşı yeni müharibə planı – Türkiyə və Səudiyyə Ərəbistanı Trampdan nə istəyir?

User 31 Oktyabr 2026 - 18:54
Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp Tramp
  • Dünya

Rusiya ilə Ukrayna arasında sülh sazişi G20 sammitində imzalana bilər – Tramp

User 31 Oktyabr 2026 - 18:34
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.