Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsi yaradılacaq

Azərbaycan və Ermənistan müdafiə nazirləri arasında birbaşa rabitə əlaqəsi yaradılacaq. 
Azpost.info bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, noyabrın 19-da Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Ermənistan və Azərbaycan liderləri ilə telefon danışığı olub. Danışıq zamanı regiondakı vəziyyət müzakirə edilib.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə əlaqəsinin yaradılması barədə razılığa gəliblər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdamın işğaldan azad olunmasının birinci ildönümüdür

Sonrakı məqalə

Qarakənddə Azərbaycan dövlət rəsmilərinin olduğu vertalyotun vurulmasından 30 il ötür