“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayırıq” –Minsk qrupunun həmsədrləri bəyanat verdi

ATƏT Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İkinci Qarabağ müharibəsindən sonra ilk görüşünü alqışlayır.

Bu barədə həmsədrlər, Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və İqor Xovayevin (Rusiya) bəyanatında deyilir.

Qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.

Daha sonra həmsədrlərin iştirakı ilə nazirlərin görüşü baş tutub.

Bəyanatda qeyd olunur ki, görüşlər zamanı Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlər müzakirə olunub.

Həmsədrlər hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü alqışlayıblar və mandatlarına uyğun olaraq bütün qalan məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişdi

Sonrakı məqalə

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana səfər edəcək