Azərbaycan və Ermənistan XİN başçılarının videokonfrans formatında görüşü keçiriləcək

“ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri ilə daim təmasdadırlar. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunduğu birgə videokonfrans keçiriblər”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN rəsmisi bu ayın sonuna kimi həmsədrlərin nazirlərlə növbəti qiyabi görüşünün planlaşdırıldığını qeyd edib.

Bildiyiniz kimi, koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqda – sərhədlər açıldıqda və beynəlxalq aviareyslər bərpa edildikdə görüşlər də əyan xarakter daşıyacaq. Bu barədə ayrıca məlumat veriləcək”, – deyə M. Zaxarova vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərgiz Rəfiyeva AzTV-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi təyin olunub –

Sonrakı məqalə

“Qorbaçov Şeyxülislamın 20 yanvar bəyanatını oxudu, hirslə kitabı atdı”