Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşüb- VİDEO

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler digər qonaqlarla birgə təlimdə iştirak edən bir qrup hərbi qulluqçu ilə görüşüblər.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, ümumilikdə təlimin gedişatını yüksək qiymətləndirən müdafiə nazirləri hər iki qardaş ölkənin təlimdə fərqlənən hərbi qulluqçularına qiymətli hədiyyələr təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təlimi 25 oktyabr tarixində başa çatacaq.

Əvvəlki məqalə

Makron Netanyahu ilə görüşdü

Sonrakı məqalə

Prezident İlham Əliyev Türkiyənin müdafiə nazirini qəbul edib