Makron Netanyahu ilə görüşdü- HƏMAS-a qarşı beynəlxalq koalisiyanın anonsunu verdi

Fransa prezidenti Emmanuel Makron Qəzzada HƏMAS-la mübarizə aparmaq üçün regional və beynəlxalq koalisiyanın yaradılmasına çağırıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, koalisiya silahlılara qarşı Qərb ölkələrinin İraq və Suriyada İŞİD-lə mübarizə apardığı kimi hərəkət edə bilər.

“Bu, İsrailin, eləcə də bu terror qrupları tərəfindən təhdid edilən bir çox qonşu ölkələrin təhlükəsizliyinin maraqlarına cavab verir”, – Makron İsrail Baş naziri Binyamin Netanyahu ilə Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

Eyni zamanda Fransa prezidenti HƏMAS yaraqlılarına qarşı mübarizədə İsraili təcrid olunmuş vəziyyətdə qoymayacağına söz verib: “Əmin ola bilərsiniz ki, terrorla mübarizədə tək olmayacaqsınız. Bizim vəzifəmiz çaşqınlıq yaratmadan və bu münaqişəni genişləndirmədən terrorla mübarizə aparmaqdır”.

Azpost.info

Əvvəlki məqalə

Göyçayda örüşdə insan sümükləri və paltar qalıqları tapılıb

Sonrakı məqalə

Azərbaycan və Türkiyə müdafiə nazirləri hərbçilərlə görüşüb