Azərbaycan və Türkiyə QHT-lərinin forumu hər il keçiriləcək

“Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bu ildən ənənəvi olaraq keçiriləcək”.

Bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib.

Bu il ilk Forumun keçirildiyini söyləyən Aygün Əliyeva deyib ki, əməkdaşlıq forumunun ardıcıllıqla Azərbaycan və Türkiyədə hər il təşkil edilməsi nəzərdə tutulur: “Bu forumlar əməkdaşlığın möhkəmlənməsində və təcrübə mübadiləsində mühüm rol oynayacaq”.

Əvvəlki məqalə

Bakıda G20 Dinlərarası Forum çərçivəsində beynəlxalq konfrans keçirilir –

Sonrakı məqalə

“Rusiya taxıl müharibəsinə başlayıb” –