Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Bakıda G20 Dinlərarası Forum çərçivəsində beynəlxalq konfrans keçirilir –

User 19 May 2022 - 11:29 (Last updated: 21 May 2025 - 20:15)
seyx g20 baki
Bakıda G20 Dinlərarası Forum Regional Hazırlıq İclası çərçivəsində “Prioritet Qlobal Məsələlər üzrə Multikultural Perspektivlər” adlı beynəlxalq konfrans keçirilir.
Qafqaz Müsəlmanları İdarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, G20 Dinlərarası Forum Assosiasiyası və ABŞ-ın Stirling Fondunun birgə təşkilatçılığı ilə baş tutacaq konfrans açılış mərasimindən sonra üç panel sessiyası ilə davam edəcək.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev, G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti, Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təsisçi direktoru professor U.Koul Durham (ABŞ) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edəcəklər.
“Sülhquruculuq, sülhməramlılıq və sabitlik üzrə dinin rolu” adlı birinci sessiyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı (Azərbaycan), Salam Sülh və Ədalət İnstitutunun prezidenti, Amerika Universitetinin beynəlxalq sülh və münaqişələrin həlli üzrə professoru Məhəmməd Əbu-Nimer (ABŞ), İran İslam Respublikası Mədəniyyət və İslam Əlaqələri üzrə Dövlət Təşkilatının sabiq sədri Əbuzar-İbrahimi Torkaman (İran İslam Respublikası), Beynəlxalq Din və Diplomatiya Mərkəzinin prezidenti Ceyms Patton (ABŞ), G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti U. Koul Durham Jr (ABŞ), İstanbul Rumeli Universitetinin professoru və sabiq baş direktor və IRCICA-nın (İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi) sabiq baş direktoru, İslam Əməkdaşlıq Təşkilatının nümayəndəsi Xalid Ərən (Türkiyə), MÜSLİM İnstitutunun rektoru və Pakistan İslam Respublikasının Cunaqad əyalətinin Devanı Martin Kottingem, İslami Yardımın Ümumdünya Xarici Əlaqələr və Təbliğat üzrə direktoru H.E.Sahibzadə Sultan Əhməd Əlinin (Pakistan) məruzələri dinləniləcək.
“Tolerantlıq və multikulturalizm: Regional və dini perspektivlər” adlı ikinci sessiyada ICESCO-nun dialoq üzrə səfiri və Dünya Media və Mədəniyyət Mərkəzinin (WMCC) İdarə Heyətinin üzvü, MJLC Avropa Müsəlman-Yəhudi liderləri şurasının vitse-prezidenti İmam Yahya Sergio Yahe Pallavicini (İtaliya), Yetmişlər Kvorumu, İsa Məsihin Son Zamanlar Müqəddəsləri Kilsəsinin nümayəndəsi Erix V.H.Kopişke (ABŞ), Dağ yəhudiləri dini icmasının sədri Melih Yevdayev (Azərbaycan), Danimarka İnsan Hüquqları İnstitutunun tədqiqatçısı Mari Jul Petersen (Danimarka), Dünya Dinləri Parlamentinin keçmiş prezidenti, G20 Dinlərarası İdarə Heyətinin üzvü Audrey Kitaqava (ABŞ), Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksey Nikonorov (Azərbaycan) məruzələrlə çıxış edəcəklər.
“COVID-lə mübarizədə dinin roluna dair regional perspektivlər” adlı üçüncü sessiyada ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosunun (DRL) keçmiş katibinin köməkçisi, Dövlət Departamentinin Amerika Katolik Universitetinin hüquq professoru Robert A.Destro (ABŞ), Azərbaycanda Katolik kilsəsinin apostol prefekturasının yepiskopu Vladimir Fekete (Azərbaycan), Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski (Azərbaycan), Yunanıstanın Saloniki Aristotel Universitetinin İlahiyyat fakültəsinin dekanı Nikolaos Maqioros (Yunanıstan), Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili (Azərbaycan) və Xorvatiyanın Zaqreb Universitetinin hüquq fakültəsinin dosenti Vanya Saviç (Xorvatiya) iştirak edəcəklər.
Panellər üzrə Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Stirling Fondunun prezidenti Edvard Rou (ABŞ) və Dünya Dinlərinin Dialoq İnkişafının icraçı direktoru (Din, Sülh və Dünya İşləri üzrə Berkley Mərkəzi, Corctaun) Ketrin Marşal (ABŞ) moderatorluq edəcəklər.

Post navigation

Previous: “Qərb dünyada ərzaq təhlükəsizliyini sarsıdıb” –
Next: Azərbaycan və Türkiyə QHT-lərinin forumu hər il keçiriləcək

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

ombudsman
  • Sosial

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

User 03 Noyabr 2026 - 12:28
Səbinə Əliyeva yenidən Ombudsman seçilib. Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin...
Read more about Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr Kainat
  • Maraqlı

Kainatın sonuna niyə gedə bilmirik? – Alimlərin hələ də cavab tapa bilmədiyi sirr

User 03 Noyabr 2026 - 11:44
Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi Həbs
  • Sosial

Vergi müfəttişi Gəncədə sahibkardan rüşvət alarkən ifşa olundu – Həbs edildi

User 03 Noyabr 2026 - 11:24
Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır? tramp putin zelenski01
  • Dünya

Tramp Putini və Zelenskini eyni masaya gətirir – Rusiya-Ukrayna müharibəsi başa çatır?

User 03 Noyabr 2026 - 10:51
Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı nostradamus
  • Maraqlı

Nostradamusun 2027-ci il proqnozları – İran, Qara dəniz və böyük maliyyə böhranı

User 03 Noyabr 2026 - 10:44
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.