Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər –Türkiyə Səhiyyə Nazirliyi

Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.

Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bu gecə üçüncü Qədr gecəsidir

Sonrakı məqalə

Saxta jurnalist sənədi hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanılıb