Azərbaycan xalqı avqustda dava-dərmana 75 milyon manat xərcləyib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlakçılar tərəfindən pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatlara 580,5 mln. manat xərclənib.

Dövlət Statistika Komitəsinin hesabatına görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 31,4% artıb.

Cari ilin təkcə avqust ayında sözügedən göstərici 75,1 mln. manat təşkil edib ki, bu da iyul ayı ilə müqayisədə 5% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şuşa çəhərinin loqotipinin hazırlanması üçün müsabiqə elan edildi

Sonrakı məqalə

“Videosu yayılan Vüsal Həsənli Salyan təşkilatının sədr müavini deyil” –