Azərbaycanda 2279 nəfər koronavirusa yoluxub, 1576 nəfər sağalıb, 28 nəfər vəfat edib

Hazırkı dövrədək ölkəmizdə 2279 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1576 nəfər müalicə olunaraq sağalıb, 28 nəfər vəfat edib, 675 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından APA-ya bildirilib ki, həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 39 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 181.530 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ekspres xətlər fəaliyyətini davam etdirəcək

Sonrakı məqalə

“O olmasın, bu olsun”un Gülnazı vəfat edib