Ekspres xətlər fəaliyyətini davam etdirəcək- BNA

“Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq bildiririk ki, M1, M2, M3, M4, M5, M6 və M7 ekspres marşrut xətləri üzrə sərnişindaşımaları davam etdiriləcək”.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) açıqlamasında bildirilir.

Ekspres xətlərin iş qrafikində də dəyişiklik edilməyib. Hər hansı bir dəyişiklik ediləcəyi təqdirdə bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək.

“Bir daha sərnişinləri dayanacaqlarda və nəqliyyat mübadilə mərkəzlərinin ərazisində, eləcə də avtobuslarda qoruyucu maskalardan istifadə etməyə və sosial məsafəni gözləməyə çağırırıq”,- BNA məlumatda qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda koronavirusa 75 yeni yoluxma qeydə alınıb, 25 nəfər müalicə olunub

Sonrakı məqalə

Azərbaycanda 2279 nəfər koronavirusa yoluxub, 1576 nəfər sağalıb, 28 nəfər vəfat edib