Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda baş verən sel və daşqınlarla bağlı müşavirə keçirilib

User 03 İyul 2023 - 20:11 (Last updated: 21 May 2025 - 20:15)
16883985842408015684_1000x669

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə iyulun 3-də son günlər ölkəmizdə baş verən sel və daşqın hadisələrinin fəsadlarının aradan qaldırılmasına həsr olunmuş müşavirə keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, müşavirəni açan Baş nazir Ə.Əsədov ötən illərdən fərqli olaraq cari ilin may-iyun aylarında ölkəmizin bəzi rayonlarında hava şəraitinin qeyri-sabit keçdiyini, yağıntıların miqdarının artdığını, əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olduğunu qeyd edib.

Diqqətə çatdırılıb ki, əsasən iyun ayında respublikanın əksər ərazilərində çaylara sel sularının daxil olması nəticəsində bir sıra çaylarda sululuq artıb, sel və daşqınlar baş verib.

Təbii fəlakət baş verən rayonlar üzrə aidiyyəti qurumlar tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər görülüb, ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub. Görülmüş işlər nəticəsində operativ olaraq çayların məcrası dəyişdirilib, yuyularaq dağıdılan yol infrastrukturu bərpa olunub.

Bildirilib ki, təbii fəlakət nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, həmçinin əkin sahələrinə və fermer təsərrüfatlarına, eyni zamanda, digər infrastruktura dəymiş ziyanın qiymətləndirilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müşavirədə sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün görülən işlər barədə məruzələr dinlənilib, müzakirələr aparılıb.

Baş nazir Ə.Əsədov bu istiqamətdə zəruri və operativ tədbirlərin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Eyni zamanda, qeyri-sabit hava şəraiti ilə əlaqədar Milli Hidrometeorologiya Xidməti tərəfindən tətbiq edilən erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb. Təbii fəlakətin qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsi baxımından xidmətin fəaliyyətinin digər aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin önəmi qeyd edilib.

Post navigation

Previous: Azərbaycanda dövlətə xəyanətdə ittiham olunan 2 nəfər həbs edilib –
Next: Neft Fondu iyun ayında 78,9 milyon dollar satıb

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.