Azərbaycanda bir gündə daha 517 nəfər koronavirusdan sağalıb –388 nəfər yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 388 yeni yoluxma faktı qeydə alınıb, 517 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 27521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 18967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər vəfat edib, 8200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8095, ötən müddət ərzində isə ümumilikdə 627881 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə Azərbaycana dəstək məqsədli mitinq keçirilir –

Sonrakı məqalə

Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovun qızı BMT binası qarşısında bəyanat verib