Azərbaycanda bu şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir

Azərbaycan Respublikasının peşə təhsili müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, hazırda Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ÜST:

Sonrakı məqalə

May ayına olan hava