ÜST:"Koronavirusun növbəti dalğası iki və daha artıq ola bilər"

“İkinci dalğa koronavirus ilk yayılanda tutulmayanların virusa yoluxa bilməsidir”.

APA-nın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, epidemiya ilə bağlı görülən tədbirlər aradan qaldırılsa, say arta bilər: “Amma dalğa sayı ikidən də çox  arta bilər. Yəni müəyyən tədbirlər görüləcək, sonra yumlaşdılacaq, say bir az artacaq, daha sonra yenə tədbirlər görüləcək, yumşalma olacaq. Bunun nəticəsində, ikinci, üçüncü, dördüncü dalğa da ola bilər. Amma bundan qorxmaq lazım deyil. Səhiyyə kiçik-kiçik dalğaların qarşısını ala bilər. Əsas məsələ karantin rejimi olmayanda belə, özümüzü necə qorumalı olduğumuzdur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət hesabına magistratura təhsili alanların siyahısı genişləndirildi

Sonrakı məqalə

Azərbaycanda bu şəxslərə müvəqqəti yaşamaq icazəsi verilir