Azərbaycanda daha 115 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 115 yeni yoluxma faktı qeydə alınıb, 48 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 276 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 97, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 119, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 27 nəfərdir.

Əvvəlki məqalə

“Qərb Ukrayna ilə bağlı ən pis ssenarilərə hazırlaşır”

Sonrakı məqalə

Avropa Məhkəməsi 4 azərbaycanlı ilə bağlı qərar verib