“Qərb Ukrayna ilə bağlı ən pis ssenarilərə hazırlaşır”- “The Washington Post”

“Ukraynanın enerji infrastrukturuna dəyən ziyan fonunda Qərb münaqişənin inkişafı üçün ən pis ssenariləri nəzərdən keçirir”.

Azpost.info xəbər verir ki, bu barədə “The Washington Post” yazır.

Nəşr qeyd edir ki, söhbət, Ukrayna iqtisadiyyatının daha da tənəzzülündən, hakimiyyətin xarici borcu qaytara bilməməsindən və milli valyutanın çökməsi təhlükəsindən gedir: “ Ukraynalıların ölkədən davam edən kütləvi axını əhəmiyyətli miqdarda pulun ixracına səbəb ola bilər və bu, milli valyutanın çökməsi təhlükəsi yaradır. Hökumət kritik idxalı ödəmək üçün beynəlxalq ehtiyatsız qala və xarici borc öhdəliklərini yerinə yetirə bilməmək riski ilə üzləşə bilər”.

“The Washington Post” hesab edir ki, Ukraynanın ayda daha iki milyard dollara ehtiyacı ola bilər və Qərbdəki siyasi liderlər vətəndaşları ən pis ssenarilərə hazırlamağa başlayıblar.

Azpost.info

Əvvəlki məqalə

Rusiya XİN general Bəxtiyar Ərsayla bağlı açıqlama verdi

Sonrakı məqalə

Azərbaycanda daha 115 nəfər COVID-19-a yoluxub