Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər sağalıb- Operativ Qərargah

Azərbaycanda daha 40 nəfərdə yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, hazırkı dövrədək ölkədə 1894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1411 nəfər müalicə olunaraq sağalıb, 25 nəfər vəfat edib, 458 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 14 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 152.597 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gürcüstanın azərbaycanlılar yaşayan kəndində gərginlik aradan qaldırıldı

Sonrakı məqalə

Azərbaycanda koronavirusa yoluxan 1894 nəfərdən 1411-i sağalıb