Gürcüstanın azərbaycanlılar yaşayan kəndində gərginlik aradan qaldırıldı

Gürcüstanın Bolnisi rayonunun azərbaycanlıalr yaşayan Muşevani (Dəllər) kəndində gərginlik aradan qaldırılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.

Qeyd olunub ki, ötən gün kənddə tibbi heyət və kənd sakinləri arasında kiçik anlaşılmazlıq baş verib: “Virusa yoluxan şəxslərin 10-u da bu gün artıq Tbilisiyə xəstəxanalara aparılıb. Hazırda kənddə vəziyyət sabitdir və həkimlər sakinləri tibbi müayinədən keçirirlər”.

Xatırladaq ki, ötən gün kənddə virusa yoluxan şəxslərin klinikaya aparılması narazılıq doğurub. Kənd sakinləri həkim və polis əməkdaşlarına müqavimət göstəriblər. Gürcüstanın Daxili İşlər Nazirliyi insidentlə bağlı istintaq aparır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda keçmiş məhkum avtobusla qadını vurub öldürdü

Sonrakı məqalə

Azərbaycanda daha 40 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər sağalıb