Azərbaycanda daha 53 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 53 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 6 nəfər ölüb.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 61, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 50, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 3 nəfərdir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.