Azərbaycanda “Facebook” istifadəçilərinin sayı açıqlanıb

“Facebook” sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (31 mart 2021-ci il tarixinə) 42,4% təşkil edib.

Bu barədə “Internet World Stats”ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə “Facebook” istifadəçilərinin sayı 4,337 milyonu ötür.

Cari ilin əvvəlindən (IWS-nin 2020-ci ilin dekabrın 31-də dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) martın 31-dək, ölkə üzrə “Facebook” istifadəçilərinin sayında 3,6% artım qeydə alınıb.

Bu dövr ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 1,5 faiz bəndi artıb.

Qeyd edək ki, sosial şəbəkənin Cənubi Qafqaz ölkələri üzrə istifadəçi sayı Gürcüstanda 3,126 mln., Ermənistanda isə 1,805 mln. təşkil edir.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı əsirlərə işgəncə vermiş erməni yaraqlısının işi məhkəməyə göndərilib –

Sonrakı məqalə

Türkiyə-Naxçıvan quru yolu bağlandı