“Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm”-QMİ SƏDRİ

“Mən Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda inanclı olan şəxslərin saxlanması ilə bağlı suala münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycanda inancsız adam yoxdur:

“Ona görə hər gördüyü işin hesabatını verməlidir. Cəzası varsa, dövlət tərəfindən cəzası verilməlidir. Yoxdursa da, verilməyəcək. Dövlətin qanun-qaydası var. Azərbaycanda mən inanclı olaraq tutulan adam görməmişəm. Əgər insan səhv edirsə, o səhvinə görə tutulur”. (APA)

Əvvəlki məqalə

Qaxda 58 yaşlı qadın intihar edib

Sonrakı məqalə

Mehriban Əliyeva Ramazan bayramı ilə bağlı paylaşım edib