Azərbaycanda kapital və əmlakın amnistiyası həyata keçiriləcək –RƏSMİ

Azərbaycanda kölgə iqtisadiyyatı ilə sistemli mübarizənin davam etdirilməsi və ədalətli rəqabət mühitinin dəstəklənməsi təmin ediləcək.

Bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Qeyd edilib ki, ortamüddətli dövrdə bu istiqamətdə ümumi bəyannamə sisteminə keçidin hüquqi əsaslarının yaradılması, kapital və əmlakın amnistiyası kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində mühüm rol oynayacaq.

O da bildirilib ki, investisiya qoyuluşunu təşviq edən əlavə xüsusi vergi imtiyazlarının yaradılması nəzərdə tutulur. Belə ki, işğaldan azad edilən ərazilərin inkişafının təşviqi üçün xüsusi vergi rejiminin tətbiq olunması, yeni istehsal sahələrinin qurulmasına görə kapital qoyuluşlarına uyğun güzəştlərin nəzərdən keçirilməsi, turizmin inkişafı üçün vergi təşviqlərinin verilməsi, strateji məhsulların istehsalı üzrə kapital qoyuluşunda ƏDV-nin sürətli bərpası və ya idxal əməliyyatları zamanı yaranan ƏDV borcları ilə əvəzləşdirilməsi tədbirlərinin ortamüddətli dövrdə həyata keçirilməsi planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Keçmiş Milli Qəhrəman Rasim Əkbərov bıçaqlanıb

Sonrakı məqalə

Rusiya “Dağlıq Qarabağ Respublikası” yazılmış rəsmi tender müqaviləsinin adını dəyişdirib