Azərbaycanda körpəyə Zelenskinin adının qoyulmasına icazə verilməyib

Azərbaycanda VVAQ şöbəsi yeni doğulmuş körpəyə Ukrayna prezidentinin şərəfinə Volodimir adını qoymaqdan imtina edib. Valideynlərin bu barədə müraciətinə rədd cavabı verilib.

Azpost.info bildirir ki, bu barədə Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy sosial şəbəkədi səhifəsində yazıb. Onun sözlərinə görə, körpənin babası onun köhnə dostlarındandır.

Ədliyyə Nazirliyinin yerli VVAQ şöbəsi Volodimir adının milli olmadığını əsas gətirərək, valideynlərdən körpəyə başqa ad seçməyi tələb edib: “İcazə vermirlər ki, milli ad qoymalısan. Adlarımızın böyük əksəriyyəti ərəb, fars kökənlidir. Ancaq “milli təəssübkeşlər” bu adlara qadağa qoymur. Mən Azərbaycanda Marks, Engels, Marlen, Oktyabr, Kombaynla rastlaşdım. Yəqin ki, sizlər də rastlaşıbsınız. Volodimir adında nə qəbahət var ki? Adam aslan kimi özündən 10 qat güclü ordunun qarşısında dayanıb…

Köhnə dostuma məsləhət gördüm ki, qarşıdurmaya gərək yox, qoy o körpəyə ata-anası bir milli ad versin, sən elə Volodimir deyərsən”.

S.Əlisoy deyib ki, o özü də həmin uşağı Volodimir çağıracağına söz verib.

Əvvəlki məqalə

Eynulla Fətullayev iki saytının fəaliyyətini dayandırdı

Sonrakı məqalə

Ötən gün ölkədə koronavurisa yoluxanların sayı açıqlandı