Azərbaycanda nə qədər “Facebook” istifadəçisi var? –RƏSMİ

“Facebook” sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçilərinin əhaliyə nisbətdə nüfuzetmə səviyyəsi (30 iyun 2021-ci il tarixinə) 42,3% təşkil edib.

“APA-Economics”in məlumatına görə, bu barədə “Internet World Stats”ın (IWS) dərc etdiyi hesabatda deyilir.

IWS-in məlumatına görə, 10,223 milyondan çox əhalisi olan ölkədə “Facebook” istifadəçilərinin sayı 4,327 milyonu ötür.

Cari ilin əvvəlindən (IWS-nin 2020-ci ilin dekabrın 31-də dərc etdiyi son hesabatının nəticələri ilə müqayisədə) iyunun 30-dək, ölkə üzrə “Facebook” istifadəçilərinin sayında 3,4% artım qeydə alınıb.

Bu dövr ərzində “Facebook”un əhali arasında nüfuz dərəcəsi 0,1 faiz bəndi azalıb.

Qeyd edək ki, sosial şəbəkənin Cənubi Qafqaz ölkələri üzrə istifadəçi sayı Gürcüstanda 3,222 mln., Ermənistanda isə 1,863 mln. təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qarabağda vuruşmuş Rusiya vətəndaşına 10 il həbs verildi

Sonrakı məqalə

Son altı ayda ən çox pul sənaye sahəsinə xərclənib