Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təxminən 3,7 milyard manat təşkil edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,4 % çoxdur.

10 aylıq daxilolmaların 2,4 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 19,7 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 128,4 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,9 % artaraq 95,3 milyon manata çatıb.

10 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 39,4 % artaraq 662 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 50,7 % artaraq 461,1 milyon manat olub.

Əvvəlki məqalə

“Nikol Paşinyan Konstitusiyaya dəyişikliklər etməyə hazırlaşır”

Sonrakı məqalə

Mehriban Əliyeva xoşməramlı səfir kimi fəaliyyətinə xitam verilməsi üçün UNESCO-nun baş direktoruna məktub göndərib