Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Azərbaycanda Təhsil” mövzusunda yazı müsabiqəsi elan olunub –

User 25 İyul 2025 - 16:16 (Last updated: 25 İyul 2025 - 16:17)
logo.cdr

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası jurnalistlər üçün “AZƏRBAYCANDA TƏHSİL: DÜNƏN, BU GÜN, SABAH” mövzusu üzrə yazı müsabiqəsi elan edib. 

AzPost bildirir ki, müsabiqə AVCİYA-nın görkəmli maarifçi və din xadimi Hacı Rəhim Əfəndi adına Təhsil Laboratoriyası tərəfindən keçirilir.

1. Ümumi müddəalar

Müsabiqənin məqsədi – Azərbaycanda təhsil sisteminin formalaşması, inkişaf mərhələləri və institutlaşması, Azərbaycanda maarifçilyin təşəkkülü və nümayəndələri, müasir dövrdə təhsildə yeni tendensiyalar, ölkədə təhsilin mövcud vəziyyəti, əsas problemləri, inkişaf perspektivlərini elektron və çap kütləvi  informasiya vasitələrində geniş işıqlandırmaqdan, potensial oxucu auditoriyasının təhsilə marağını daha da artırmaqdan, təhsildə mövcud problemlərin aradan qaldırılması imkanlarını işıqlandırmaqdan ibarətdir.

2.Müsabiqənin iştirakçıları

Müsabiqədə elektron və çap kütləvi informasiya vasitələrinin təmsilçiləri, elm və təhsil nümayəndələri, yaşından asılı olmayaraq müstəqil müəlliflər iştirak edə bilərlər.

3.Müsabiqə 1 nominasiyada keçirilir:

– Qəzet, jurnal və elektron saytlarda çap olunmuş məqalələr, müsahibələr;

4. Müsabiqənin keçirilmə qaydası

– Müsabiqədə 1 sentyabr 2025-ci ildən 31 may 2026-ci il tarixədək dərc olunmuş məqalə, müsahibə və reportaj iştirak edə bilər (materiallar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək).

– Hər iştirakçı müsabiqəyə istənilən sayda məqalə, müsahibə və ya reportaj təqdim edə bilər. Təhlil səciyyəli materiallara üstünlük verilir.

Müsabiqədə yalnız qeyd olunan dövr ərzində elektron və çap mediasında dərc olunan məqalə, müsahibə və ya reportajlar iştirak edə bilər;

Material dərc edilərkən: “Bu yazı AVCİYA-nın Hacı Rəhim Əfəndi adına Təhsil Laboratoriyasının “AZƏRBAYCANDA TƏHSİL: DÜNƏN, BU GÜN, SABAH” mövzusu üzrə təşkil etdiyi yazı müsabiqəsi üçündür” qeydi olmalıdır.

Şərtə əməl etməyən müəlliflərin məqalələri müsabiqəyə buraxılmayacaq.

– Müsabiqədə Azərbaycan, rus və ingilis dillərində dərc olunmuş məqalələr, müsahibə və reportajlar iştirak edəcək.

5. Müsabiqəyə göndərilən materiallar aşağıdakı kimi tərtib olunmalıdır:

– Çap Kütləvi İnformasiya Vasitələri:

Məqalə qəzetdən və ya jurnaldan skaner edilərək, yaxud saytdan linki elektron poçta göndərilir.

– İnternet nəşrlər:

Materialın linki elektron poçta göndərilir.

– Elektron poçta göndərilmiş materialda aşağıdakılar göstərilməlidir:

Məqalənin, müsahibənin, reportajın adı,

Müəllifin adı, soyadı və atasının adı,

əlaqə telefonu (mobil və ya ev telefonu nömrəsi) və elektron poçt ünvanı,

anadan olduğu tarix (il, ay və gün).

Dərc olunmuş media orqanının adı.

Müsabiqəyə göndərilmiş materiallara rəy verilmir.

6. Müsabiqəyə yekun vurulması və qaliblərin mükafatlandırılması

– Müsabiqəyə 2026-cı ilin iyul ayının 10-da yekun vurulacaq;

– Müsabiqə qaliblərinə aşağıdakı məbləğdə pul mükafatları və diplomlar təqdim olunacaq:

I yer – 1 000 manat

II yer – 750 manat

III yer – 500 manat

3 həvəsləndirici diplom – hər biri 250 manat

7.Müsabiqəyə təqdim ediləcək materiallar  avciya.musabiqe@gmail.com elektron ünvanına göndərilməlidir.

AzPost.az

Post navigation

Previous: Dubaydan gələn azərbaycanlı sərnişində 700 karat brilyant tutuldu –
Next: “TASS-dan çıxarılmağımla bağlı geniş açıqlamam olacaq” –

Oxşar xəbərlər

bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
ilham aliyev
  • Sosial

Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

User 10 Noyabr 2026 - 12:10
tezyiq
  • Sosial

Qan təzyiqi neçə olmalıdır? – Yaşa görə normal və təhlükəli göstəricilər

User 09 Noyabr 2026 - 18:03

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.