Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

“TASS-dan çıxarılmağımla bağlı geniş açıqlamam olacaq” –

User 25 İyul 2025 - 16:24 (Last updated: 25 İyul 2025 - 16:24)
qusman

“TASS İnformasiya Agentliyindən ayrılmağımla bağlı indi geniş danışmaq istəmirəm”.

AzPost bildirir ki, bunu Teleqraf-a açıqlamasında iyulun 24-də Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad olunan tanınmış jurnalist Mixail Qusman deyib.

O söyləyib ki, bir həftəyə məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcək.

Teleqraf-ın təkidlərinə baxmayaraq, Mixail Qusman sualları cavablandırmaqdan imtina edib:

“Mən hazırda hava limanına tələsirəm”, – o bildirib. Lakin tanınmış jurnalist haraya səyahət etdiyini açıqlamaq istəməyib.

Qeyd edək ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin Mixail Qusmanın vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Xatırladaq ki, M.Qusman 1950-ci ildə Bakıda anadan olub. O, 1999-cu ilin oktyabrında Rusiyanın dövlət informasiya agentliyi olan TASS-ın (1 oktyabr 2014-cü ilədək İTAR-TASS) baş direktorunun birinci müavini təyin edilmişdi.

Televiziya sahəsində də geniş fəaliyyəti olan M.Qusman 2000-ci ildən “Rossiya” Dövlət Telekanalında yayımlanan “Hakimiyyət formulu” verlişinin müəllifi və aparıcısıdır. O, 2001-ci ildə Rusiyanın Əməkdar mədəniyyət işçisi, 2018-ci ildə isə Əməkdar jurnalisti fəxri adları ilə təltif olunub.

M.Qusman UNESCO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsinə rəhbərlik edir, təşkilatın İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiyanın UNESCO üzrə Komissiyasının üzvüdür.

M.Qusman iyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumuna qatılıb.

Bundan sonra rusiyalı hərbi blogerlər M.Qusmanı Qarabağa səfərinə, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən media forumuna qatılmasına, eləcə də Azərbaycan lideri haqqında müsbət fikirlərinə görə kəskin tənqid ediblər.

AzPost.az

Post navigation

Previous: “Azərbaycanda Təhsil” mövzusunda yazı müsabiqəsi elan olunub –
Next: İctimai Birlik Şabran rayonunda ictimai dinləmə keçirib

Oxşar xəbərlər

dava
  • Media

Mətbuat Şurası məktəbdə media əməkdaşının döyülməsi ilə bağlı açıqlama yayıb

User 29 Oktyabr 2026 - 13:53
mikrosoft
  • Media

Microsoft 60 min əməkdaşı ixtisar edə bilər – Süni intellekt baha başa gəlir

User 27 Oktyabr 2026 - 11:48
1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.