Azərbaycanda təhsil müəssisələrində payız tətilinin vaxtı dəyişdi

Azərbaycanda təhsil müəssisələrində əlavə tətil günləri müəyyən edilib və payız tətilinin vaxtı dəyişib.

Bu barədə Nazirlər Kabinetinin xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər barədə qərarında bildirilir.

Qərara əsasən, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən olunub.

Qeyd edək ki, payız tətili 16-20 noyabr müəyyən edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantinlə bağlı bir sıra məhdudiyyətlər bərpa olundu

Sonrakı məqalə

Erməni təxribatları nəticəsində 47 mülki şəxs həlak olub –