Azərbaycanda tələbələr daha çox hansı ali məktəblərə köçürülməsini istəyirlər?

Təhsil Nazirliyi Azərbaycanda tələbələrin daha çox hansı ali məktəblərə köçürülmək üçün müraciət etdiyini açıqlayıb.

Azpost.info trend-ə istinadən bildirir ki, Təhsil Nazirliyinin İnformasiya şöbəsinin məsləhətçisi Günay İsgəndərova deyib ki, Bakıda tələbələr bu il fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsilə daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülmək üçün müraciət ediblər. Regionlarda daha çox Gəncə Dövlət Universitetinə, özəl universitetlər arasından isə daha çox Azərbaycan Koorperasiya Universiteti və Odlar Yurdu Universitetinə köçürülmək üçün müraciətlər olunub.

G.İsgəndərova əlavə edib ki, bu gündən başlayaraq, martın 3-dək köçürülən hər bir tələbə köçürüldüyü təhsil müəssisəsinə sənədlərini təqdim etməlidir.

Nazirlik rəsmisi deyib ki, köçürülmə prosesi ildə iki dəfə həyata keçirilir.

Artıq qış sessiyası üzrə köçürülmə prosesinin başa çatdığını deyən G.İsgəndərova bildirib ki, yay sessiyası üzrə tələbə köçürülməsi prosesi iyulun 15-dən 30-dək olacaq.

Qeyd edək ki, bu il qış sessiyasında köçürülmə üçün müraciət edən 2 266 tələbənin müraciəti müsbət cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Baş katibinin müavini:

Sonrakı məqalə

Ermənistan ordusu Qazax, Tovuz və Gədəbəydəki mövqelərimizi atəşə tutub