“Azərbaycanda vəziyyəti laxlatmaq istəyən qüvvələr var”-Ramiz Mehdiyev Jirinovskini “topa tutdu”

“Jirinovskinin sözlərindən belə çıxır ki, Rusiya postsovet məkanında olan rejimləri süngü ilə dəstəkləyən, əlində dubinka olan jandarm rolunu oynayır. Bununla da o, faktik olaraq Qərbin güc mərkəzlərinin Rusiya ilə bağlı dediklərini təsdiq edir. Qərb bildirir ki, Rusiya açıq və kobud şəkildə suveren dövlətlərin daxili işlərinə qarışır”.

Azpost.info bildirir ki, bu sözləri AMEA prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri V.F.Jirinovskinin Azərbaycan rəhbərliyinin ünvanına səsləndirdiyi fikirlərlə bağlı yazdığı “Dağıdıcının mənəviyyatsız missiyası” adlı məqaləsində bildirib.

R.Mehdiyev qeyd edib ki, Jirinovski belə ifadələrlə Qərbin Rusiyaya qarşı təcrid və sanksiyalarına haqq qazandırır: “Nəhayət o, öz hərəkətləri ilə Rusiya rəhbərliyini pis vəziyyətdə qoyur. Kreml dəfələrlə bildirib ki, heç vaxt keçmiş sovet respublikalarının suverenliyinə müdaxiə etməyib”.

R.Mehdiyevin fikrincə, uzun illər ərzində özünü hakimiyyətin ruporu imicində göstəmək istəyən Jirinovski bununla MDB rəhbərlərində Kremlin səmimiyyətinə şübhə toxumları səpir: “Belə bəyanatlar təkcə Rusiya-Azərbaycan münasibətlərinə ziyan vurmur, həmçinin Moskvanın dostlarını, qonşularını və tərəfdaşlarını məsafə saxlamağa vadar edir. Jirinovskinin bəyanatı dağıdıcı xarakter daşıyır, ölkələrimiz arasında strateji əməkdaşlığa və şəxsən İlham Əliyevlə Vladimir Putinin şəxsi dostluğunun ruhuna ziddir”.

R.Mehdiyev vurğulayıb ki, Rusiya və Azərbaycan münasibətləri məhz hazırkı hakimiyyətin sayəsində normal məcraya düşüb: “O, yəqin ki, 90-cı illərin əvvələrində münasibətlərin necə olduğunu xatırlayır. Bəs Jirinovski nə üçün Azərbaycanda antirusiya əhvalını körükləyir? Məgər Gürcüstanda, Ukraynada, Moldovada antirus qüvvələrinin iqtidara gəlməsi Jirinovskiyə dərs olmayıb?”

R.Mehdiyev məqalədə qeyd edir ki, Rusiya Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edərkən ilk növbədə öz maraqlarını, cənub sərhədlərində təhlükəsizliyini müdaifə edir: “Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəcəyi və iqtidara radikal qüvvələrin gələcəyi halda Rusiya öz sərhədlərində əlavə gərginlik ocağı qazanacaq. Ona görə də Jirinovskinin bəyanatı ilk növbədə antiruslya xarakteri daşıyır, MDB ölkələri arasında normal qarşılıqlı əlaqələri dağıdır”.

AMEA prezidenti bildirib ki, Azərbaycan bu gün bir sıra məsələlərdə çox prinsipial və güzəştsiz mövqe tutur. Və bu mövqe əsaslandırılıb: “Azərbaycan çox mürəkkəb geopolitik regionda yerləşir. Daima xaricdən gələn təhlükə və təhdidlərlə üzləşir. Ölkədəki vəziyyəti daxildən laxlatmaq istəyən qüvvələr var. Digər tərəfdən Ermənistan və onun hamiləri tərəfindən daimi hərbi təhlükə regionda vəziyyəti daha da ağırlaşdırır. Belə vəziyyətdə Azərbaycan hakimiyyəti sadəcə güclü olmağa borcludur. Bu ölkənin müstəqiliyi və sabitlik üçün qarantdır”.

R.Mehdiyev yazıb ki, yersiz güzəştlər və klassik liberalizm son nəticədə ölkə üçün arzuedilməz nəticələrə gətirib çıxara bilər: “Azərbaycan demokratiyaya doğru təkamüllə, mərhələli, düşünülmüş addımlarla gedir. Prezidentə səs vermiş 76 faiz səs xalqın öz prezidentinə etimadının subutudur. Ölkədə demokratiya ilə bağlı problemlər var və bunu heç kim inkar etmir. Demokratiya ilə problemi olmayan ölkə yoxdur. Bu problemlər bizdə xarici və daxili təhdidlərin qarşısını alınması ilə həllini tapır. Prezident dövlətin simvolu və xalqın təmsilçisidir. Ona görə, onun ünvanına xaricdən təqhir rəsmi qurumlar tərəfindən ölkənin suverenliyinə qarşı qəsd kimi qəbul edilməlidir. Prezidenti-dövlət başçısın müdafiə etmək hər bir vətəndaşın birbaşa borcudur”.

R.Mediyev Rusiya rəsmi dairələrinin Jirinovskiyə cavab verməməsini tənqid edib: “Rusiyanın rəsmi dairələri susdular və Jirinovskinin hərəkətini pisləmədilər. Bununla da Azərbaycanda bəzi şəxslərə bunu ölkəmizə qarşı dost olmayan münasibət kimi qiymətləndirmək üçün fürsət verdilər”.

R.Mehdiyev qeyd edib ki, Jirinovski bu provokativ bəyanatı ilə növbəti dəfə ənənəvi siyasi şoumen xarakterini nümayiş etdirib.

 

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

I MDB Oyunlarına Azərbaycandan neçə idmançı gedir? –

Sonrakı məqalə

BŞİH-in sabiq Aparat rəhbərinin məhkəməsi avqustun 23-də keçiriləcək