Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanda xəstə uşaqlara və gənclərə dəstək üçün yeni QHT yarandı 

User 25 Aprel 2022 - 16:14 (Last updated: 21 May 2025 - 20:15)
kamal qht

Aprelin 23-də “Zərri” Xəstə Uşaq və Gənclərə Kömək İctimai Birliyi təsis edilib.

Bu barədə yeni ictimai birliyin təsisçisi və sədri, Bakı şəhəri S. Abbasov adına 117 saylı tam orta məktəbin tarix müəllimi Kamal Hacıyev verib. Kamal Hacıyev ictimai birliyin təsis olunmasının məqsədi haqqında məlumat verib.
“Qan xərçəngindən əziyyət çəkən mərhum qızım Zərri Hacıyevanın Türkiyə Cümhuriyətində 3 illik müalicəsi dövründə ürək ağrıdan faktlarla rastlaşdım. Öncə müalicə zamanı Zərri üçün yardım kampaniyası təşkil edən yardımsevər dostlara, tanışlara, soydaşlarımıza dərin minnətdarlığımı bildirirəm. Ailə olaraq bu 3 ildə çox çətinliklər çəkdik. Amma məni üzən təkcə bu deyildi. Türkiyə Cümhuriyyətinin ayrı-ayrı şəhərlərinin klinikalarında müalicə alan onlarla azərbaycanlı gənc gördüm. Çoxunun nə özünün, nə də valideynlərinin bu xəstəlik və müalicənin gedişi ilə bağlı adi bilgiləri belə yox idi. İnsanlarımızı bilgisizlikdən, maddi problemlərdən əziyyət çəkən gördüm. Hələ Azərbaycanda elə insanların şahidi oldum ki, onların bölgələrdən Bakıya gəlib övladını müalicə etdirmək imkanı yoxdur”.
Kamal Hacıyev bildirib ki, yeni ictimai birliyi həyatdan nakam köçmüş mərhum qızının xatirəsini yaşatmaq üçün təsis edib: “İctimaiyyətə məlumdur ki, qızım Zərri bu il martın 8-də 21 yaşında müalicə aldığı Antalya klinikasında vəfat etdi. Onu qoruya bilmədim, amma özümə söz verdim ki, bundan sonra nə qədər ömrüm qalıbsa, xərçəng xəstəliyindən əziyyət çəkən uşaq və gənclərə köməyə həsr edəcəyəm. Xəstə uşaq və gənclərin, onların valideynlərinin maarifləndirilməsinə, onların doğru müalicə müəssisəsinə yönləndirilməsinə ehtiyac var. Yardımsevər iş adamları var ki, onlar xəstə soydaşlarımızın müalicəsinə etmək istəyirlər. Övladı xəstə olan ailələri tapacaq, onları ictimaiyyətə tanıdacaq, xeyirsevər iş adamlarının onlara diqqət ayırmasına çalışacağıq. Əgər kiməsə dəstəyimiz toxunarsa vicdanım mərhum qızımın ruhu qarşısında rahatlıq tapacaq”.

Kamal Hacıyev bildirib ki, həkimlərin də təmsil olunduğu ictimai birlik sağlam həyat tərzini təbliğ edəcək, xərçəng və digər ağır xəstəlikləri yaradan səbəblərlə bağlı vaxtaşırı maarifləndirmə işləri həyata keçirəcək.

“İctimai birliyin sıralarına həkim-ekspertlər, psixoloqlar, pedaqoqlar da cəlb edəcəyik. Onların iştirakı ilə təhsil ocaqlarında vaxtaşırı maarifləndirmə tədbirləri təşkil edəcək, kütləvi informasiya vasitələrində ictimai müzakirələrdə iştirak edəcəyik”

Post navigation

Previous: Rusiyada teleaparıcı Vladimir Solovyovu öldürmək istəyən dəstə saxlanılıb
Next: ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gəlir

Oxşar xəbərlər

kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45
pese mekteb
  • Sosial

Azərbaycanda hansı peşələr yox olmaq təhlükəsi ilə üz-üzədir? – Süni intellekt iş bazarını dəyişir

User 03 Noyabr 2026 - 14:35

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.