Azərbaycandan ayrı düşmüş soydaşlarımızın tarixi vətənləri ilə əlaqələri kəsilməyəcək –DÖVLƏT BAŞÇISI

“Türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil alması daim təşkilatın gündəliyində olmalıdır, bu istiqamətdə lazımi addımlar atılmalıdır”.

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxışı zamanı bildirib.

Dövlət başçısı bildirib ki, Azərbaycan dövləti xarici ölkələrdə yaşayan azərbaycanlıların hüquq və azadlığının, təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət verir: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlaması, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi vətənləri ilə əlaqələrinin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Əvvəlki məqalə

“40 milyon azərbaycanlı öz ana dilində təhsil almaq imkanından məhrumdur” –

Sonrakı məqalə

Prezident türk dövlətlərinin başçılarını Qarabağ və Şərqi Zəngəzura səfərə dəvət edib