Azərbaycanın parlament partiyası dövlət maliyyəsindən imtina edib

Vətəndaş Birliyi Partiyası (VBP) dövlət maliyyəsindən imtina edib.

Azpost.info xəbər verir ki, 2020-ci ildən etibarən parlamentdə təmsil olunan partiyaların maliyyələşdirilməsinə başlanılıb. VBP də parlament partiyasıdır. Onun sədri Sabir Hacıyev Milli Məclisin deputatıdır.

Partiyanın dövlət maliyyəsindən imtinasıni Sabir Hacıyev təsdiqləyib.

O, VBP-nin fəaliyyətini dayandıracağını, yaxud hakim Yeni Azərbaycan Partiyasına (YAP) birləşəcəyi barədə məlumata münasibət bildirərkən deyib ki, rəhbərlik etdiyi partiya dövlət maliyyəsindən imtina edib.

VBP 1999-cu ildə təsis edilib. Partiyanın qurucusu keçmiş prezident Ayaz Mütəlibovdur. 2005-ci ildə VBP dövlət qeydiyyatına alınıb. Sabir Hacıyev partiya təsis ediləndən bu yana onun sədridir.

Abbas

Əvvəlki məqalə

77 ölkənin xilasediciləriləri Türkiyədən ölkələrinə geri dönüb

Sonrakı məqalə

Prezident İlham Əliyev Emoməli Rəhmona başsağlığı verib