“Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik” –Çavuşoğlu

“Gürcü həmkarımla regional ortaq layihələri, Qarabağda atəşkəsdən sonra bölgənin istiqrarı üçün atıla biləcək addımları müzakirə etdik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu gürcü həmkarı David Zalkaliani ilə birgə mətbuat konfransında deyib.

“Biz Azərbaycanın təklif etdiyi “3+3” platformasını dəstəkləyirik. Gürcüstanın bu məsələdə bəzi tərəddüdləri var, bunu anlayışla qarşılayırıq. Gürcüstanın da iştirak edəcəyi regional əməkdaşlığa dəstəyimiz artacaq. Biz Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlığına əhəmiyyət veririk”, – deyə M. Çavuşoğlu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdam Suvarma İdarəsinin rəisi minaya düşüb

Sonrakı məqalə

İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib –