Azərbaycanın Xalq artisti Səfurə İbrahimova vəfat edib

Azərbaycanın Xalq artisti Səfurə İbrahimova vəfat edib.

Azpost.info bildirir ki, aktrisa axşam saatlarında 82 yaşında dünyasını dəyişib.

Tanınmış kino və teatr aktyoru olan Səfurə İbrahimova yaratdığı müxtəlif obrazlarla tamaşaçıların yaddaşına qalıb. Son illərdə teatrdan uzaqlaşan S.İbrahimova tənha yaşayırdı.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə “Stalinneft”də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub. Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan SSR dövlət mükafatı laureatı idi.(1984).

20-dən artıq bədii filmdə çəkilib. Bu sırada “Sevil”, “Qatır Məmməd”, “Alma almaya bənzər”, “Dərviş Parisi partladır”, “Qaynana”, “Arşın mal alan”, “Qətl günü” bədii filmləri yer alıb.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa İttifaqının Dərman Agentliyi “BionTech”-“Pfizer” peyvəndindən istifadəni təsdiqlədi

Sonrakı məqalə

Gələn ilin büdcə zərfi dekabrın 24-də Milli Məclisdə müzakirəyə çıxarılacaq