Azərbaycanla Aİ arasında memorandum imzalandı- Enerji sahəsində strateji tərəfdaşlığa dair

Bu gün Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Sənədi Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen imzalayıblar.

Eyni zamanda, İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.

Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji dialoqu bir çox sahələri əhatə edir. Dövlət başçısı bu əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələrinin böyük potensialının olduğunu qeyd edib.

Prezident Azərbaycan və Aİ arasında enerji əməkdaşlığını “proqnozlaşdırıla bilən və etibarlı” kimi qiymətləndirib.

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Sonrakı məqalə

Azərbaycanda icbari tibbi sığorta daxilolmaları 44% artıb