Azərbaycanda son sutkada 68 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 794 656 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 784 032 nəfər müalicə olunaraq sağalıb, hazırda 901 aktiv xəstə var. Bu günə qədər 9 723 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 840, bu günə qədər isə ümumilikdə 7 004 415 test icra olunub.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Avropa Komissiyasının sədrini qəbul edib –

Sonrakı məqalə

Azərbaycanla Aİ arasında memorandum imzalandı