“Azərbaycanla delimitasiya prosesinə başlamaq lazımdır” –Ermənistan baş nazirinin müavini

“Düşünürəm ki, Ermənistan və Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlamaq lazımdır”.

Azadlıq Radiosunun erməni xidməti yazır ki, bu sözləri Ermənistan baş nazirinin müavini Mğer Qriqoryan Armenpress dövlət agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatını şərh edərkən deyib.

Zaxarova bildirib ki, Qafan-Gorus yolunda baş verən insidentlər Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya üzrə prosesin başlanmasının zəruri olduğunu bir daha nümayiş etdirib.

Rusiya XİN-in sözçüsü bunu da bildirmişdi ki, Moskva Bakı və Yerevana bu proses üzrə təkliflərini verib və onlardan tez bir zamanda cavab gözləyir: “Biz Ermənistan və Azərbaycan sərhədinin ayrı-ayrı sahələrindəki vəziyyəti diqqətlə izləyirik. Vorotan kəndi yaxınlığındakı vəziyyət də daxil situasiyanın inkişafı, Ermənistan-Azərbaycan sərhədində delimitasiya prosesinə tez bir zamanda başlanmasının və bunun ardınca bütün sərhəd boyunca demarkasiya aparılmasının tələb olunduğunu bir daha nümayiş etdirir”.

Zaxarova bildirmişdi ki, Rusiya bununla paralel olaraq regionda nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üçün birgə səyləri davam etdirəcək.

Azatutyun yazır ki, Gorus-Qafan yolunda vəziyyətin tənzimlənmədiyi bir şəraitdə erməni məmurlar İran yük maşınları sürücülərinin üzləşdiyi problemlər barədə danışıqlar aparılıb-aparılmamasına dair heç bir məlumat vermirlər.

Bundan əvvəl Ermənistan MTX və Rusiya FTX sərhədçilərinin situasiyanın tənzimlənməsi üçün birgə iş apardığı bildirilmişdi.

Azatutyun yazır ki, o vaxtdan bəri Ermənistan Milli Təhlükəsizlik Xidməti heç bir məlumat verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Allaha şükür ki, bu günü də gördük…” –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu