“Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında xarici oyunçuların iştirakına qarşı deyilik”- LAVROV

“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasına inanır və xarici oyunçuların iki ölkə arasında danışıqlarda iştirakına qarşı deyil”.

Azpost.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Rusiya XİN rəhbəri hesab edir ki, əsas məsələ bu iştirakın “geosiyasi oyunlar” üçün bəhanə olmamasıdır.

“Digər tərəflərin sülh sazişi üzrə razılığın əldə olunmasına kömək etməsinə qarşı deyilik. Lakin davamlı sülhün bərqərar olması, bütün xalqların gələcək inkişafı üçün şəraitin təmin edilməsi marağından çıxış edərək bunun səmimi şəkildə edilməsini istəyirik”, – Lavrov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

“NATO-Rusiya münasibətlərində geriyə yol yoxdur”

Sonrakı məqalə

Əfv Komissiyasının iclası olub