Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Azərbaycanla Qazaxıstan arasında hərbi əməkdaşlıq planı imzalanıb

User 06 Oktyabr 2023 - 15:21 (Last updated: 21 May 2025 - 20:15)
651fef3767f91651fef3767f921696591671651fef3767f8f651fef3767f90

Oktyabrın 6-da Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonra Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub. Hər iki ölkənin müdafiə naziri Fəxri qarovulun önündən keçib.

Nümunəvi Hərbi Orkestrin ifasında Azərbaycan və Qazaxıstan respublikalarının Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-polkovnik R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb.

Geniş tərkibdə keçirilən görüşdə müdafiə naziri general-polkovnik Zakir Həsənov qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Nazir ölkələrimiz arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu vurğulayıb.

Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Qazaxıstanın müdafiə naziri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması münasibətilə həmkarını təbrik edib, şəhid olanlara Allahdan rəhmət diləyib və onların yaxınlarına dərin hüznlə başsağlığı verib.

General-polkovnik R.Jaksılıkov ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib.

Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təliminin əhəmiyyəti vurğulanıb. Keçirilən birgə taktiki təlimin hərbi qulluqçuların peşəkarlığının artırılması baxımından vacibliyi qeyd olunub.

Hər iki ölkənin Ordu quruculuğunda qarşılıqlı təcrübə mübadiləsinin xüsusi əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Sonda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalanıb.

Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağını, Müdafiə Nazirliyinin və Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda məntəqələrini ziyarət edərək burada ümumilikdə görülən işlərlə tanış olub.

Post navigation

Previous: “Rusiya “qırmızı düyməni” çıxarmalı olacaq”
Next: Rusiya səfiri Avstriya XİN-ə çağırılıb

Oxşar xəbərlər

gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
aqac
  • Sosial

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

User 23 Oktyabr 2026 - 13:17
istiler
  • Sosial

2026-cı ilin yayında Avropada 50 min insan istidən ölüb

User 23 Oktyabr 2026 - 13:00

xƏBƏR

Beyin
  • Maraqlı

Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı

User 23 Oktyabr 2026 - 15:16
Araşdırmalar göstərib ki, beynin qocalması əvvəllər düşünüldüyündən xeyli tez başlayır. Beyin orqanizmimizin ən vacib orqanlarından biridir və...
Read more about Beyin 30 yaşdan sonra qocalmağa başlayır? – Alimlər mühüm dəyişiklikləri açıqladı
Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir? aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB ilham ferhad
  • Baş Yazı

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib -YENİLƏNİB

User 23 Oktyabr 2026 - 14:58
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb gemi
  • Sosial

Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu ticarət gəmisi batıb

User 23 Oktyabr 2026 - 14:23
Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ yasil enerji esas
  • Baş Yazı

Azərbaycan Avropaya yaşıl enerji satacaq – Ölkə ildə nə qədər qazana bilər? / ANALİZ

User 23 Oktyabr 2026 - 14:19
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.