Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Azərbaycanla sülh yeni doğulmuş körpədir, qayğı tələb edir” –

User 04 Noyabr 2025 - 13:57 (Last updated: 04 Noyabr 2025 - 14:01)
pasinyan abs rusiya cixis

“Azərbaycanla Ermənistan arasında sülh yeni doğulmuş körpədir. Körpə necə gündəlik qayğı tələb edirsə, bu sülh gündəlik qayğıya möhtacdır. Biz qərar qəbul etməliyik: Bu körpənin qayğısını çəkmək istəyirik ya yox? Sülh olmayacağı təqdirdə isə nə baş verəcəyini hamı yaxşı bilir”.

AzPost bildirir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvanda keçirilən “Sülh və Çoxtərəfli Əməkdaşlıq Naminə” beynəlxalq forumunda çıxışı zamanı deyib.

Paşinyan bildirib ki, siyasi liderlər bir suala aydın cavab verməlidirlər: Biz kim olmaq istəyirik? – Tarixin istehlakçısı, yoxsa tarixi yaradan?  “Son iki ilin təcrübəsi deyir ki, biz tarixin yaradıcısı ola bilərik. Bu, qətiyyən tarixi unutmaq demək deyil. Digər tərəfdən, tarixin yaradıcısı olmaq, tarixin təkrarlanması kimi mübahisəli rola girməmək deməkdir” –deyə Paşinyan vurğulayıb.

Baş nazir bildirib ki, tarixdən danışarkən başa düşmək lazımdır ki, tarixin hansı nöqtəsi qanuni olaraq başlanğıc nöqtəsi hesab olunur? “Tarix uzunmüddətli bir fenomendir: 50 illik tarix, 30 illik tarix, 100 illik tarix və sonra minillik tarix var. Əgər biz bu günkü hərəkətlərimizin məntiqini tarixdə tapmağa çalışsaq, bu, sülhə inanmadığımız anlamına gələr”.

Paşinyan qeyd edib ki, tarixin müəyyən bir perioduna istinad edən tarixçilər, siyasətçilər və siyasi liderlər var ki, onu qanuni başlanğıc nöqtəsi hesab edirlər: “Tarixin o hissəsini ki, burada bölgəmizin tarixi Kirovakan və Kirovabad, Leninakan və Leninabad, Kuybışev, “Oktyabr” kinoteatrları ilə xarakterizə olunurdu. Elə siyasi liderlər də var ki, məhz bu nöqtəni qanuni başlanğıc nöqtəsi hesab edirlər”.

Baş nazir deyib ki, son tarixi dövrlərdə bölgə böyük imperiyaların nəzarəti altında olub. İran, Osmanlı İmperiyası, Rusiya İmperiyası, ondan əvvəl ərəb, monqol-tatar hegemonluğu… Biz tarixlə çox ehtiyatlı olmalıyıq”.

Paşinyan xatırladıb ki, Vaşinqtonda imalanmış 8 avqust Bəyannaməsindən sonra Ermənistan xalqına müraciət edib. “Dedim ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub. Bu sülh yeni doğulmuş körpə kimidir. Körpə necə gündəlik qayğı tələb edirsə, bu sülh gündəlik qayğıya möhtacdır. Biz qərar qəbul etməliyik: Bu körpənin qayğısını çəkmək istəyirik ya yox? Sülh olmayacağı təqdirdə isə nə baş vercəyəni hamı yaxşı bilir”.

 

 

AzPost.az

Post navigation

Previous: MİDA-dan güzəştli ev almaq istəyənlər kompyuterdə necə işləməlidirlər? –
Next: Sadələşmiş vergi limiti 200 mindən 400 min manata yüksəldilir –

Oxşar xəbərlər

zelenski
  • Dünya

ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı

User 26 Oktyabr 2026 - 11:00
abs ordu
  • Dünya

Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq?

User 26 Oktyabr 2026 - 10:52
Vuçiç
  • Dünya

Vuçiç parlament seçkilərində məğlub olduqlarını etiraf edib

User 26 Oktyabr 2026 - 09:18

xƏBƏR

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki...
Read more about Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi qht kasfen
  • QHT

“Rəqəmsal İpək Yolu” ortaq texnoloji əməkdaşlıq modeli kimi

User 26 Oktyabr 2026 - 11:15
Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun” emin nazir
  • Sosial

Təhsil Nazirliyindən İrana sərt cavab – “Öz problemlərinizlə məşğul olun”

User 26 Oktyabr 2026 - 11:03
ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı zelenski
  • Dünya

ABŞ-ın Putinə təqdim etdiyi sənəddə hansı şərtlər var? – Zelenski açıqladı

User 26 Oktyabr 2026 - 11:00
Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq? abs ordu
  • Dünya

Pentaqon 90 günlük müharibə planı hazırlayır – ABŞ bazaları necə qorunacaq?

User 26 Oktyabr 2026 - 10:52
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.