Bir qrup ziyalı Prezident İlham Əliyevə müraciət edib.
Azpost.info bildirir ki, müraciəti imzalayanlar 2027-ci ilin “Azərbaycan dili ili” elan edilməsi xahiş edib.
Müraciətin mətnini təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Hörmətli cənab Prezident,
Sizin müdrik rəhbərliyinizlə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş müstəqil Azərbaycan bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Ölkəmizin hərtərəfli inkişafı fonunda milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində atdığınız addımlar hər bir vətəndaşda böyük qürur hissi doğurur.
Milli varlığımızın və dövlətçiliyimizin ən mühüm rəmzlərindən biri olan ana dilimiz əsrlər boyu xalqımızın birliyini qorumuşdur. Müasir qloballaşma və sürətli rəqəmsallaşma dövründə Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına əməl edilməsi, xüsusilə də dilimizin süni intellekt və rəqəmsal texnologiyalar mühitində geniş tətbiqi yeni və strateji yanaşma tələb edir. Eyni zamanda, bu təşəbbüs dünyada yaşayan milyonlarla soydaşımızın ana dili ətrafında daha sıx birləşməsinə güclü təkan verər.
Hörmətli cənab Prezident,
Bütün bunları nəzərə alaraq, dövlət dilimizin inkişafına, təbliğinə və rəqəmsal dünyada mövqeyinin möhkəmləndirilməsinə yeni nəfəs vermək məqsədilə 2027-ci ilin Azərbaycan Respublikasında "Azərbaycan dili ili" elan edilməsi təşəbbüsünə baxmağınızı Sizdən xahiş edirik. Əminik ki, bu qərar dilimizin zənginliyinin dünyada daha geniş tanıdılmasına və gənc nəslin ana dilinə məhəbbət ruhunda tərbiyəsinə misilsiz töhfə verəcəkdir.
Dərin hörmətlə,
1.Aida Qasımova, Bakı Dövlət Universiteti, “Ərəb filologiyası” kafedrası, professor
2.Qulu Məhərrəmli, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar jurnalisti
3.Könül Bünyadzadə, fəlsəfə elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü
4.Seyfəddin Rzasoy, AMEA Folklor İnstitutunda şöbə müdiri, filologiya elmləri doktoru, professor
5. Ramazan Qafarlı, filologiya elmləri doktoru, professor
6. Səadət Şıxıyeva, AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, dosent
7.Əkrəm Bağırov, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi işlər üzrə direktor müavini, Əlyazmaların və Əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent
8.Pərvanə Məmmədli, filologiya elmləri doktoru
9.Aybəniz Rəhimova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent
10. Zəhra Allahverdiyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, dosent
11.Afaq Yusifli, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent
12.Güldəniz Qocayeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent
13.Dürdanə Rəhimzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent
14.Hafiz Rüstəm, şair-publisist, şərqşünas
15.Nəriman Əbdülrəhmanlı, Azərbaycan nasiri, publisist, tərcüməçi, ssenarist
16.Əminə İbrahimli, filologiya üzrə fəlsəfə doktoru, dosent
17. Könül Nəhmətova, filologiya üzrə fəlsəfə doktoru
18. Natəvan Bağırova, filoloq
19.Gülyaz Əliyeva, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədr müavini
20.Kəmalə Umudova, Bakı Slavyan Universiteti, dosent
21.Mehriban Sərdarova, pedaqogika üzrə fəlsəfə doktoru, ADPU
22. Aynurə Əliyeva, Azərbaycan Dövlət Pedaqoji Universitetin Elmi-Tədqiqat Mərkəzinin elmi işçisi
23.Sima Cəfərova, filoloq
24.Vüsalə Məmmədli, filoloq
25. Firidun Ağazadə, tərcüməçi
26.Vasif Sadıqlı, “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin sədri