“Azərbaycanla ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırırıq” –Qazaxıstan səfiri

Qazaxıstanın “Kazakhtelecom” ilə Azərbaycanın “AzerTelecom” şirkəti  Xəzər dənizinin dibi boyunca fiber-optik rabitənin qurulmasının texniki həlli ilə bağlı sənədi artıq imzalayıb.

Azpost.info  xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov jurnalistlərlə keçirdiyi görüşdə deyib. Səfir deyib ki, onlar  bu layihə ilə məşğul olan şirkəti dəyişiblər və layihən həyata keçirilməkdədir üzrədir. Bu sənəd 2019-cu ildə imzalansa da, pandemiya səbəbindən layihənin icrası ləngiyib.

Qazaxıstan və Azərbaycanın iki ölkə arasında illik ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırıldığını vurğulayan diplomat deyib ki , hazırda yeni layihələr işlənib hazırlanır, iki ölkənin ticarət evləri fəaliyyət göstərir. Eyni zamanda Transxəzər qaz kəmərinin, tarixi “Böyük İpək Yolu” ilə boyunca Şərqdən Qərbə nəqliyyat-kommunikasiya dəhlizinin yaradılmasının mümkünlüyü və bir çox digər layihələr ikitərəfli münasibətlərin inkişafının mühüm aspektlərindəndir.

Bu il Azərbaycan və Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğunu xatırladan diplomat qeyd edib ki, səfirlik olaraq bu hadisə ilə bağlı bir sıra təşəbbüslər həyata keçirilib. Hazırda bu mövzuda sənədli film üzərində işlər aparılır və kitab çapa hazırlanır. Ölkələri bir-birinə uzun tarixə malik münasibətlər, ortaq dil və mədəniyyət bağlayır. Bu illər ərzində tərəfdaşlıq yeni səviyyəyə qədəm qoyub. Bu səviyyə sabit siyasi dialoqu, iqtisadi əlaqələri, beynəlxalq aləmdə qarşılıqlı dəstəyi özündə ehtiva edir.

Azpost.info

 

Əvvəlki məqalə

İranda terror aktı törədilib, 5 nəfər ölüb

Sonrakı məqalə

İstanbuldakı terroru törədən qadının dindirilməsi başlanılıb