Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçilib

15 iyun – Milli Qurtuluş Günündə, Şuşada Azərbaycan və Türkiyə prezidentlərinin Şuşa Bəyannaməsi imzaladığı bir gündə ölkə idmanı adına da qürurverici zəfər yaşanıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib.

Litvanın paytaxtı Vilnüsda yerləşən qərargahında keçirilən seçkidə Azər Həsənov bu postda təşkilatın sabiq rəhbəri, iki ay öncə vəfat etmiş Sergey Novikovu əvəzləyib.

Yeni postu ilə bağlı açıqlama verən Azər Həsənov bu tarixi uğurun məhz Azərbaycan xalqı üçün əlamətdar tarixlərə – Milli Qurtuluş Gününə və eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevlə qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qədim Şuşada türk müttəfiqliyini rəsmiləşdirdikləri bir günə təsadüf etməsindən qürur duyduğunu bildirib. Qeyd edib ki, beynəlxalq federasiyanın digər rəhbər orqanlarına seçkilər gələn ay keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nüvədi kəndinin sakinləri dünya birliyindən doğma torpaqlarına qayıtmaq hüququnun təmin olunmasını istəyirlər

Sonrakı məqalə

Suriyadan gətirilən 6 qadın və 14 uşağın reabilitasiyası həyata keçirilir –