Azərbaycanlı jurnalist İstanbulda məktəb müdiri təyin edilib

Hazırda Türkiyədə yaşayan azərbaycanlı jurnalist Məhsəti Şərif İstanbulda Mübariz İbrahimov adına Azərbaycan məktəbinin müdiri vəzifəsinə təyin edilib.

Bu barədə özü məlumat verib.

M.Şərif bildirib ki, rəhbərlik etdiyi məktəb dörd ildir fəaliyyət göstərir: “Tədris Azərbaycanın təhsil proqramı üzrə keçirilir. Kitablar Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə Təhsil Nazirliyi tərəfindən göndərilir. Məqsəd burada işləyən, yaşayan Azərbaycan ailələrinin uşaqlarının təhsildən kənar qalmamasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Leyla Əliyeva Rasim Balayevdən müsahibə götürüb:

Sonrakı məqalə

Azərbaycanda 126 nəfər koronavirusa yoluxdu-